Bakıda Xocalı soyqırımına həsr olunmuş turnir keçirilib

Posted by Abbas Hünbətov

Posted on March 18, 2017



Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının İndoneziyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Sərhədçi Olimpiya Kompleksində Xocalı soyqırımında həlak olanların xatirəsinə həsr olunmuş Açıq Bakı Birinciliyi keçirilib.


Goal.az xəbər verir ki, turnirin açılışında çıxış edən Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov Xocalı soyqırımını unutmadıqlarını bildirib:
“Azərbaycanda heç kim dəhşətli qan yaddaşımızı unutmayıb. Gələcək nəsillərin bunu unutması mümkün deyil. Bugünkü turnirin keçirilməsi bu missiya xidmət edir. Bizim məqsədimiz yetişən gənc nəsilə bunu aşılamaqdır”.
Turnirdə çıxış edən millət vəkilləri Flora Qasımova, Mahir Abbaszadə, İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie və s.digər rəsmi şəxslər Xocalı soyqırımı və turnir haqqında fikirlərini bölüşüblər.
Sonda qaliblər fəxri fərman və diplomla mükafatlandırılıblar.