Posted by Abbas Hünbətov
Posted on March 23, 2017
Azərbaycan Respublikasının
1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Çox hörmətli Mehriban xanım!
Sizi Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti təyin olunmağınız münasibətilə Azərbaycan “Sindo-ryu və Pencak silat” Federasiyasının İdarə Heyəti və bütün üzvləri adından səmimi qəlbdən təbrik edirik.
Ölkəmizin dünyada tanıdılması istiqamətində həyata keçirdiyiniz işlər, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun icra etdiyi uğurlu layihələr hər zaman dövlətimizin inkişafına təkan verib.
Siz ölkəmizin istər siyasi, istər mədəni və idman, istərsə də digər sahələrində uzun illərdir səmərəli fəaliyyətinizlə xalqımızın hər zaman rəğbətini qazanıbsınız. Göstərdiyiniz humanizm və qayğıkeşliyiniz cəmiyyətimizin bütün üzvləri tərəfindən minnətdarlıqla yad edilməkdədir. Amnistiya qərarlarının qəbul edilməsində, kimsəsizlərə, imkansızlara, bir sözlə sosial və mənəvi qayğıya ehtiyacı olan insanlara göstərdiyiniz çox səmimi münasibət Sizin xalqımızın bütün təbəqələrinə qarşı, fərq qoymadan, sevginizdən xəbər verir.
Bütün bunlar isə bir daha Sizin ölkəmizin 1-ci vitse-prezidenti kimi mühüm vəzifəni tutmağınız üçün ciddi əsaslar verir və əminik ki, yeni vəzifənizdə də Azərbaycanın daha da çiçəklənməsinə öz tövhənizi verəcəksiniz.
Bir daha Sizi təbrik edir, doğma Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə yeni – çox məsuliyyətli vəzifənizdə uğurlar arzulayırıq!
Hörmətlə,
Ceyhun Əşrəfov
“Sindo-ryu və Pencak silat” Federasiyasının
Prezidenti