Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Posted by Abbas Hünbətov

Posted on March 22, 2017



Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarına

Çox hörmətli cənab Prezident!

Siz Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında bütün sahələrdə mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.
Uğurlu idman siyasətinizin nəticəsi olaraq Azərbaycan bu gün dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviy-yəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Biz idmançılar əminik ki, Sizin ölkəmizin inkişafına xidmət edən siyasi və iqtisadi yolunuz idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.
Sizin olduqca mürəkkəb situasiyalarla dolu indiki dövrdə çoxsaylı və gərgin işlərinizin olmasına baxmayaraq idmana və idmançılara göstərdiyiniz diqqət və qayğı bizi daha da çox məsuliyyətə səsləyir. Azərbaycan pencak-silatçıları bunu yaxşı dərk edir və daim öz uğurları ilə Sizin etimadınızı doğrultmağa çalışır.
Hörmətli cənab Prezident! Sizə səmimi qəlbdən 55 yaşınızın tamam olması münasibətilə təbrik edir, möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini arzulayırıq.

Dərin hörmətlərlə Azərbaycan “Pencak-silat” İdman Federasiyası