Posted by Abbas Hünbətov
Posted on February 25, 2022
Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov yeni uğura imza atıb.
A.Hünbətov Beynəlxalq Okinava Şorin-ryu Seibukan Karate-do Assosiasiyası tərəfindən dojo fəxri adına layiq görülüb.
Azərbaycanlı mütəxəssis mərkəzi Yaponiyada yerləşən beynəlxalq federasiyanın prezidenti Zenpo Şimabukuro tərəfindən seibukan döyüş növünün inkişafındakı xidmətlərinə görə mükafatlandırıb.
Bu fəxri ad Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasına ölkəmizdə seibukan döyüş sənətinin inkişaf etdirilməsinə rəsmi icazə verir.
A.Hünbətov dojo fəxri adının böyük məsuliyyət və uğur olduğunu qeyd edib. Bildirib ki, artıq Azərbaycanda idmanın bu növü üzrə güclü idmançıların yetişidirilməsinə başlanıb. Yaxın vaxtlarda Z.Şimabukuronun da ölkəmizə səfəri nəzərdə tutulub. Onun yerli idmançılarla görüşü və seminarları onları yeni uğurlara həvəsləndirəcək.