Posted by Abbas Hünbətov
Posted on January 15, 2022
Yanvarın 14-də tanınmış ictimai-siyasi xadim, vətənpərvər insan olan Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının fəxri prezidenti İlham Rəhimovun doğum günüdür. Bu münasibətilə Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyası, məşqçilər heyəti və idmançılar adından İlham müəllimi təbrik edirik. İlham Rəhimova gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
İdmana hər zaman diqqət və qayğı ilə yanaşan İlham Rəhimov Azərbaycan təmsilçilərinin beynəlxalq arenada uğurlu çıxışına göstərdiyi kömək ilə hər zaman seçilib. Xeyirxah əməlləri ilə fərqlənən İlham Rəhimov təkcə idman sahəsində deyil, digər sahələrdə də genişmiqyaslı işləri həmişə diqqət mərkəzində olub. İlham Rəhimov humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır.
Bir daha İlham Rəhimovu ad günü münasibətilə təbrik edirik!