Abbas Hünbətov: 2022-ci ildə idmançılarımızı ciddi sınaqlar gözləyir

Posted by Abbas Hünbətov

Posted on January 01, 2022



Bu il idmançılarımızı ciddi sınaqlar gözləyir. Federasiyamızın 6 böyük idman təşkilatı ilə müqaviləsi var. Hər bir təşkilata 110-dan artıq ölkə üzvdür. Bu sözləri Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti Abbas Hünbətov deyib. A.Hünbətov bildirib ki, bu təşkilatlardan 4-nün bu il dünya çempionatı təşkil olunacaq. Həmçinin idmançılarımız beynəlxalq turnirlərlə yanaşı, 2 qitə birinciliyində də güclərini sınayacaqlar. Bu yarışların hazırlığına artıq start verilib. Ümid edirəm ki, milli komandamızın üzvləri ölkəmizi bu turnirlərdə layiqincə təmsil edəcəklər.