Posted by Abbas Hünbətov
Posted on May 13, 2017
Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib.
Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman qızıl medal və dünya kubokunu qazanıb.
Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız DİN-in Polis Akademiyasının V kurs kursantıdır.